Xəbəri Kokpitdə Oxuyun!

Stroll və Aston Martin-ə xəbərdarlıq edilib

İkinci məşq sessiyasında Ləns Strollun bokslardan çıxdıqdan sonra Lando Norrisin qarşısını kəsməsi ilə bağlı insidenti araşdıran İtaliya Qran Prisinin stüardları kanadalı pilot və onun Aston Martin komandasına rəsmi xəbərdarlıq verib.

Aston Martin hadisə zamanı əldə etdikləri məlumatlara əsasən Norrisin sürətli dövrəsini artıq başa vurmalı olduğunu müdafiə etməyə çalışıb. Lakin bu iddia yalnız qismən doğru olub. Lakin Lando hələ də yüksək sürətlə hərəkət edib və Lənsin hərəkəti onun qarşısını kəsərək qaydaların pozulmasına səbəb olub.

Yaranan potensial təhlükəli vəziyyət və iki avtomobil arasındakı ciddi sürət fərqi nəzərə alınaraq həm pilot, həm də komanda rəsmi xəbərdarlıq alıb.

Fernando Alonso və Ləns Stroll İtaliya Qran Prisinin ikinci sərbəst yürüş sessiyasını müvafiq olaraq 19-cu və 22-ci pillələrdə tamamlayıb. Aston Martin-in mətbuat xidməti günün yekunları ilə bağlı Alonsonun şərhlərini təqdim etməyib və sözü Strolla verib.

Ləns Stroll: “Bu gün hər şey təxminən gözlədiyimiz kimi keçdi. Hələ çox şeyi yaxşılaşdırmalıyıq. Xüsusilə güc qurğusunun işinin rəvanlığı və onun gücü üzərində işləməliyik.

Avtomobil istədiyimiz qədər sürətli deyil, buna görə də qarşıda çox iş var. Vəziyyəti real qiymətləndirsək, komandanı çətin həftəsonu gözləyir. Lakin işləməyə davam edəcəyik və hansı nəticələrə nail ola biləcəyimizi görəcəyik”.

 

Rauf Hacıyev

Şərh əlavə et