Xəbəri Kokpitdə Oxuyun!

İtaliya F3: Sleter poul qazanıb

Formula 3 Çempionatının lideri Freddi Sleter Monzada keçirilən kvalifikasiyada ən yaxşı nəticəni göstərib. Trident komandasındakı komanda yoldaşı Matteo de Palo da onunla birlikdə bazar günü keçiriləcək əsas yarışa ilk cərgədən başlayacaq.

Monzadakı kvalifikasiya zamanı pilotlar iki qrupa bölünüblər və hər qrupun sərəncamında 10 dəqiqəlik sessiya olub. “A qrupu”na cüt nömrəli, “B qrupu”na isə tək nömrəli pilotlar daxil edilib.

Kvalifikasiya formatına uyğun olaraq bazar günü yarışının start düzülüşü də fərqli prinsiplə müəyyənləşdirilib. Vaxtı ən sürətli olan qrupun pilotu poul mövqeyini qazanıb. İkinci qrupun ən sürətli pilotu isə bazar günü yarışına ikinci yerdən başlayıb. Daha sonra start mövqeləri qruplar arasında növbə ilə bölüşdürülüb.

İlk 12 yeri tutan pilotlar şənbə günü keçiriləcək sprint yarışının tərs start düzülüşünü formalaşdırıb. İkinci qrupun altıncı ən sürətli pilotu sprintə poul mövqeyindən, birinci qrupun altıncı ən sürətli pilotu isə ikinci yerdən başlayacaq. Qalan 10 start mövqeyi də eyni prinsiplə müəyyənləşdirilib.

Kvalifikasiyanın ilk qrupunda Badoer, Bhirombhakdi, del Pino, Yamakoşi, Uqoçukvu, Stromsted, de Palo, Taponen, Kato, Li, Pauell, Qarfias, Maklaflin, Eskotto və Barrikello mübarizə aparıb.

Sessiyanın əvvəlində dörd pilot isinmə dövrəsinə çıxıb, lakin dərhal boksa qayıdıb. Sürətli cəhdlərə isə sessiyanın başa çatmasına beş dəqiqədən bir qədər çox vaxt qalmış başlayıblar.

İki isinmə dövrəsindən sonra pilotlar tam güclə hücuma keçib. Faktiki olaraq, hər kəsin iki sürətli dövrə vurmağa vaxtı olub. Ən yaxşı nəticəni 1:38.143 saniyə ilə Matteo de Palo göstərib. O, Kanato Lini və Taito Katonu qabaqlayıb.

Şəxsi hesabda ikinci yerdə olan Uqo Uqoçukvu isə sessiyanı uğursuz keçirib və yalnız 10-cu nəticəni göstərib.

Qısa fasilədən sonra “B qrupu”nun pilotları trasa çıxıb. Nael, Rivera, Sleter, Kolnaqi, Custi, Qladış, Delinyi, Klero, Ho, Uorton, Şin, Nakamura, Devid, Lakorte və Si bu qrupda mübarizə aparıb.

Birinci qrupda olduğu kimi, bir neçə pilot isinmə dövrəsi vurub, sürətli cəhdlərə isə sessiyanın başa çatmasına üç dəqiqədən az vaxt qalmış başlayıblar.

Ən yaxşı nəticəni Freddi Sleyter göstərib – 1:38.114 saniyə. Trident pilotu Nikola Lakorte və Ernesto Riveranı geridə qoyub. Teofil Nael isə ilk şikanı kəsib və yeganə sürətli dövrəsini başa vura bilməyib.

Şəxsi hesab liderinin nəticəsi “A qrupu”nda qeydə alınan ən yaxşı vaxtdan da üstün olduğu üçün bazar günü keçiriləcək əsas yarışa məhz britaniyalı Trident pilotu poul mövqeyindən başlayacaq.

Şənbə günü keçiriləcək sprint yarışında isə ilk yerdən Tuukka Taponen start götürəcək.

 

Rauf Hacıyev

Şərh əlavə et