Xəbəri Kokpitdə Oxuyun!

McLaren yeni qanadını Monzada istifadəyə verəcək

McLaren, Ferrari-nin daha əvvəl təqdim etdiyi və “Macarena” adlandırılan arxa qanad konsepsiyasının öz versiyası olan “H-Wing” sistemini İtaliya Qran Prisində istifadə edəcək.

Döngələr və düzlüklər üçün fərqli rejimlər arasında 180 dərəcə dönərək işləyən bu tərs arxa qanad konsepsiyasını uzun müddətdir inkişaf etdirən McLaren, prototipi ilk dəfə Avstriya Qran Prisinə gətirmişdi. Lakin etibarlılıq problemləri səbəbindən sistem trasa çıxarılmamışdı.

Macarıstan Qran Prisinin ilk sərbəst yürüşündə yenilənmiş versiyanı sınaqdan keçirən McLaren, düzlük sürətinin və aşağı asfaltayatma qüvvəsinin vacib olduğu Monzada bu sistemi hər iki boliddə yarış boyu istifadə etmək qərarına gəlib.

Kanada və ya elmi-fantastik film kainatına istinad kimi səslənən “H-Wing” adı əslində MCL40-ın arxa qanadında yerləşən Etihad loqosundakı “H” hərfindən götürülüb. Qanadın dönməsini təmin edən aktuator mexanizmi məhz bu “H” hərfinin yerləşdiyi mərkəz xəttinə quraşdırılıb.

Yeni qanadı dəyərləndirən McLaren-in texniki direktoru Nil Houldi həftəsonu üçün hədəflərini belə açıqlayıb: “Bu həftəsonu Monzada rəqabətədavamlı olmaq üçün lazım olan hər şeyi trasa gətiririk.

H-Wing sistemimizlə yanaşı, sıralama turlarından əvvəl son qərarı vermək üçün qiymətləndirəcəyimiz bəzi kiçik aerodinamik komponentləri də sınaqdan keçirəcəyik.

Ümumi mənzərəyə baxdıqda, MCL40-dan daha yüksək performans əldə edə biləcəyimizə ürəkdən inanırıq”.

Rauf Hacıyev

Şərh əlavə et