Maranello təmsilçisi SF-26 üçün Şumaxerdən ilhamlanan dizayn hazırlayıb. Şarl Lekler və Lyuis Həmilton üçün də bu mövzunu əks etdirən xüsusi yarış geyimləri hazırlanıb və onlar ötən həftə təqdim olunub.
Yarış geyimlərinin ön və çiyin hissəsində ağ zolaqlar, Şumaxerin şəxsi loqotipi və arxa tərəfdə alman pilotun qazandığı yeddi dünya çempionluğunu simvolizə edən yeddi ağ ulduz yer alıb.
Xüsusi dizayn Şumaxerin Ferrari ilə ilk qələbəsinin 30-cu ildönümünə və komanda ilə son mövsümünün başa çatmasından 20 il ötməsinə təsadüf edir.

Alman pilot Ferrari-də keçirdiyi möhtəşəm dövrdə 72 Qran Pri qələbəsi qazanıb və 2000-2004-cü illərdə ardıcıl beş dəfə dünya çempionu olub. Şumaxer həmin illərdə Ferrari-ni Formula 1 tarixinin ən dominant komandasına çevirib.
SF-26-nın dizaynında isə tamamilə qırmızı rəngə üstünlük verilib. Mövsümün əvvəlindən istifadə olunan ağ mühərrik qapağı bu dəfə aradan qaldırılıb.
Bolidin üzərindəki nömrələrin şrifti də Şumaxerin Ferrari-də çıxış etdiyi dövrü xatırladır. Bundan əlavə, yeddiqat dünya çempionunun imzası da dizayna daxil edilib.







Şərh əlavə et