Jurnalist Mark Limaçenin iddiasına görə, ikiqat dünya çempionu hazırda aldığı illik 30 milyon avro maaşın 40 milyon avroya yüksəldilməsini tələb edir.
“Fernando Alonsonun 2027 və 2028-ci illər üçün müqaviləsini uzatmaq məqsədilə Aston Martin-dən mövsümə görə 40 milyon avro maaş istədiyini eşitmişəm. Hazırda Britaniya komandası ona ildə 30 milyon avro ödəyir”, – Limaçe sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, bundan əvvəl də eyni mənbə Williams komandasının Karlos Saynsa illik 30 milyon avrodan çox maaş nəzərdə tutan yeni müqavilə təklif etdiyini iddia etmişdi.
Xatırladaq ki, Aston Martin-in texniki rəhbəri Adrian Nyui daha əvvəl Fernando Alonsonun komandada qalmasının layihənin gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını bildirmişdi.
Hazırda nə Aston Martin, nə də Fernando Alonso tərəfi müqavilə danışıqları və maaş tələbi ilə bağlı yayılan məlumatları rəsmi şəkildə təsdiqləyib.




Şərh əlavə et