Yarış 4 oktyabr tarixində, oktyabrın ilk bazar günü baş tutacaq. Bəhreyn mərhələsinin Malayziyaya köçürülməsi Yaxın Şərqdəki mürəkkəb siyasi vəziyyət səbəbindən qəbul edilmiş məcburi qərardır.
FIA, Bəhreyn və Malayziya hökumətlərinin birgə səyləri nəticəsində yarışın Formula 1 azarkeşlərinə yaxşı tanış olan Sepanq trasında keçirilməsi barədə razılıq əldə olunub.
2026-cı il mövsümündə çıxış edən pilotlardan daha əvvəl Malayziya Qran Prisində yarışanlar bunlardır:
- Fernando Alonso
- Ləns Stroll
- Niko Hülkenberq
- Esteban Okon
- Pyer Qasli
- Valtteri Bottas
- Serxio Peres
- Karlos Sayns
- Lyuis Həmilton
- Maks Ferstappen
Onların arasında Maks Ferstappen Sepanqda keçirilən son Formula 1 yarışının – 1 oktyabr 2017-ci il Malayziya Qran Prisinin qalibi olub.
Yarış yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 11:00) start götürəcək. Bu məlumat daha əvvəl Avropa mətbuatında yayılsa da, artıq FIA tərəfindən də rəsmi şəkildə təsdiqlənib.



Şərh əlavə et