Martines Britaniya komandasına hələ onun Racing Point adlandığı dövrdə gəlmişdi. Silverstoun mərhələsi onun Aston Martin-də son yarış həftəsonu olub. O, artıq Ferrari-də şassi üzrə yüklənmə və möhkəmlik hesablamaları mühəndisivəzifəsində fəaliyyətə başlayıb.

Sançes sosial şəbəkə hesabında bunları yazıb: “Təxminən səkkiz ildən sonra Silverstoundakı Böyük Britaniya Qran Prisi mənim Aston Martin-də, daha doğrusu komandaya qoşulduğum vaxtkı adı ilə Racing Point-də son yarış həftəsonum oldu. Bu, həyatımın inanılmaz bir dövrü idi. Möhtəşəm insanlarla və idmanımızın tarixində iz qoymuş bəzi böyük pilotlarla birlikdə işləmək şərəfinə nail oldum. Birlikdə çoxsaylı podiumlar, bir poul və bir qələbə qazandıq. Həyatımın yaşıl rənglə keçən bu mərhələsinə görə səmimi qəlbdən minnətdaram. Bu yolun bir hissəsi olan hər kəsə təşəkkür edirəm. İndi isə Formula 1-də yeni komanda və yeni rənglərlə yeni çağırışın vaxtıdır”.




Şərh əlavə et