Xəbəri Kokpitdə Oxuyun!

Red Bull uğursuzluq barədə açıqlama verib

Red Bull Racing-in texniki direktoru Pyer Vaşe komandanın 2026-cı il mövsümünə uğursuz başlamasının səbəblərini açıqlayıb.

Onun sözlərinə görə, rəqiblər yeni texniki reqlamentə keçidə daha yaxşı hazırlaşıblar. Milton-Kins təmsilçisi isə ötən mövsümün son yarışınadək çempionluq uğrunda mübarizə apardığı üçün yeni bolidin hazırlanmasına daha gec diqqət ayıra bilib.

Pyer Vaşe: “Mövsümün ilk yarısında müsbət məqamlar da var. Ən vacibi odur ki, ili rəqiblərdən geri başlasaq da, sonradan ciddi irəliləyiş əldə edə bildik.

Hazırkı səviyyəyə çatmaq üçün komanda çox yaxşı iş görüb. Əlbəttə, hələ olmaq istədiyimiz yerdə deyilik. Ancaq əlimizdən gələni edirik, nəyin düzgün işləmədiyini və nələri daha da yaxşılaşdıra biləcəyimizi anlamağa çalışırıq. Ən vacibi isə komandanın nəzərəçarpacaq irəliləyiş əldə etməsidir.

Ötən il mövsümün son yarışına qədər çempionluq uğrunda mübarizə aparırdıq. Eyni vəziyyət McLaren üçün də keçərli idi. Düşünürəm ki, məhz buna görə hər iki komanda yeni reqlamentə daha erkən hazırlaşan rəqiblərlə müqayisədə hazırda müəyyən qədər geridə qalır.”

Rauf Hacıyev

Şərh əlavə et