Ötmənin demək olar ki, mümkünsüz olduğu Hungarorinqdə təkərlərin aşınması və strategiya dəyişiklikləri ilə mübarizə apardığını bildirən gənc pilot, yarışın son dövrələrində yumşaq təkərlərlə hücum edən Ferrari pilotlarının təzyiqinə tab gətirərək podiumdakı yerini qoruduğunu deyib.
Yarış ərzində yaşadığı strateji çətinliklər və müdafiə mübarizəsi barədə danışan Andrea Kimi Antonelli bunları söyləyib: “Həqiqətən də çox çətin yarış idi. Bu trasda ötmə etmək inanılmaz dərəcədə çətin idi. Buna görə də əsas diqqətimizi düzgün strategiya qurmağa yönəltmişdik. Əvvəlcə yarışı bir pit-stopla başa vurmağa çalışdıq. Amma komanda təkərlərin çox sürətlə aşındığını bildirdi və pitə girmək məcburiyyətində qaldıq. Yarışın sonlarına yaxın virtual təhlükəsizlik avtomobili dövründə hər iki Ferrari pitə girdi. Mən Hard təkərlərdə idim, onlar isə Soft təkərlərlə trasa qayıtmışdılar. Bu, işimi xeyli çətinləşdirəcəkdi. Xoşbəxtlikdən onları arxamızda saxlamağı bacardıq”.
Çempionatdakı liderliyi və mövsümün ikinci yarısı barədə danışan Mercedes pilotu sözlərini belə tamamlayıb: “Əlbəttə, çox xoşbəxtəm. Yay fasiləsinə çox yaxşı əhval-ruhiyyə ilə yollanırıq. Bu gün bizim üçün çox vacib yarış oldu. Mövsümün ikinci yarısı daha da çətin keçəcək. Buna görə də limitlərdə sürməyə davam etməliyik. Lakin hər zamankı kimi əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.




Şərh əlavə et