Əgər bu iki yarış baş tutmasa, Las Veqas Qran Prisindən sonra 6 dekabr tarixində əlavə bir mərhələnin keçirilməsi planlaşdırılır. Mövsümün əvvəlində təxirə salınmış Bəhreynin əvəzinə Malayziya Qran Prisinin təqvimə daxil edilməsi nəzərə alınmaqla, bu yarış sayəsində mövsümdə ümumilikdə 22 mərhələ keçiriləcək və Formula 1-in kommersiya öhdəlikləri yerinə yetirilmiş olacaq.
İndiyədək ən real namizəd kimi Portuqaliyadakı Portimao trası göstərilirdi. Dekabr ayında burada hava şəraiti yarış keçirməyə əlverişli olsa da, hazırda trasda yenidənqurma işləri aparılır. Promouterlər 2027-ci ildə keçiriləcək Portuqaliya Qran Prisinə hazırlıq məqsədilə infrastrukturun tam modernləşdirilməsini planlaşdırırlar və bu işlərin dekabr ayına qədər uzanması mümkündür.
The Race nəşrinin məlumatına görə, mövsümün son mərhələsinə ev sahibliyi etmək üçün yeni namizəd kimi İmola gündəmə gəlib. Dekabr ayında burada hava kifayət qədər soyuq olsa da, əgər Kimi Antonelli mövsümü çempion kimi başa vurarsa, doğma ölkəsində keçiriləcək final yarışı italiyalı sürücü üçün simvolik və yaddaqalan sonluq ola bilər.




Şərh əlavə et