Ləns Stroll asılqandakı gözlənilməz nasazlığa görə birinci məşq sessiyasını vaxtından əvvəl başa vurub və ikincini buraxıb – mexaniklər bu gecə təyyarə ilə gətiriləcək ehtiyat hissələri olmadığı üçün bolidi bərpa edə bilməyiblər. Üçüncü məşqlərin başlanmasına qədər hər şey hazır olmalıdır.
Pedro de la Rosa: “Ehtiyat hissələrinin çatışmazlığına görə Lənsin bolidini vaxtında təmir edə bilmədik, amma şənbə günü o, trasa çıxacaq. Bu, çox vacibdir.
Bu bolidi idarə etmək tamamilə yeni hisslər, fərqli xarakteristikalar deməkdir, sürücülər də uyğunlaşmalıdırlar. Söhbət təkcə bolidin sazlanmalarından yox, sürücülərin ona öyrəşməsindən gedir. Bəzi detallar təmir edilməlidir, digərləri isə daha sonra çatdırılacaq”.




Şərh əlavə et