Döngələrin yeddisi Nelson Pike, Lyuis Həmilton, Naycel Mansell, Jan Alezi, Mixael Şumaxer, Ayrton Senna və tarixdə ilk Qran Prinin qalibi Ferens Sis kimi avtoidman əfsanələrinin adını daşıyır. Qalan yeddi döngə isə Mocyorod qəsəbəsi, Dunay çayı və Budapeşt kimi Macarıstanın yerli simvollarından ilhamlanaraq adlandırılıb.
Trasın ilk döngəsinə 1986-cı ildə keçirilən ilk Macarıstan Qran Prisində Ayrton Sennanı trasın xarici hissəsindən keçərək yaddaqalan ötmə edən və Hunqarorinqdə ilk iki yarışı qazanan Nelson Pikenin adı verilib.
İkinci döngə isə Hunqarorinq tarixinin ən uğurlu pilotu olan, burada 8 qələbə qazanan Lyuis Həmiltonun adını daşıyacaq.
Dördüncü döngə 1992-ci ildə məhz bu trasda dünya çempionluğunu rəsmiləşdirən Naycel Mansellin şərəfinə adlandırılıb.
1995-ci ildə 11-ci döngədə yaşadığı məşhur qəza ilə yadda qalan Jan Alezinin adı da həmin döngəyə verilib.
Bundan başqa, Ayrton Senna, Mixael Şumaxer və Ferens Sis kimi əfsanələrin adları da Hunqarorinqdə əbədiləşdirilib.
Layihə çərçivəsində hazırda həyatda olan əfsanələr – Lyuis Həmilton, Naycel Mansell və Jan Alezinin əl izləri beton qəliblərə köçürülərək trasın təhlükəsizlik zonalarında yerləşdiriləcək.
Tras rəhbərliyi bildirib ki, bu təşəbbüsün əsası 2025-ci il Macarıstan Qran Prisi zamanı keçirilən azarkeş səsverməsi ilə qoyulub. Daha sonra isə yekun siyahı mütəxəssislərdən ibarət komitə tərəfindən təsdiqlənib.
Hungarorinq trasının döngələrinin adları
1-ci döngə — Pike (Nelson Piquet).
2-cidöngə — Həmilton (Lewis Hamilton)
3-cü döngə — Spring (Üç Bulaq Vadisi)
4-cü döngə — Mansell (Nigel Mansell)
5-cidöngə — Mogyorod (Macarıstanın Mogyorod qəsəbəsinin şərəfinə)
6 və 7-ci döngələr — Driving Centre (Sürüş Mərkəzi)
8 və 9-cu döngələr — Buda və Peşt (Budapeştin iki tarixi hissəsi)
10-cu döngə — Danube (Dunay çayı)
11-ci döngə — Alesi (Jean Alesi)
12-ci döngə — Şumaxer (Michael Schumacher)
13-cü döngə — Senna (Ayrton Senna)
14-cü döngə — Sis (Ferenc Szisz – tarixdə ilk Qran Pri qalibi)




Şərh əlavə et