Frederik Vassyör: “Budapeştə iki ümidverici yarış həftəsonundan sonra yollanırıq; həmin mərhələlərdə komandanın əla işi sayəsində maksimum nəticə əldə edə bilmişik. Bu, inamımızı artırır, amma başa düşürük ki, hər Qran Pri qarşımıza özünəməxsus, unikal vəzifələr qoyur.
Nəzəri baxımdan Hungaroring bizim maşına daha çox uyğun gəlir, amma bu, özlüyündə uğurun təminatı deyil. Həmişə olduğu kimi, qarşıya qoyulan bütün vəzifələrin icrası həlledici rol oynayacaq. Bu həftəsonuna son iki mərhələdə nümayiş etdirdiyimiz eyni konsentrasiya, intizam və detallara diqqətlə yanaşmalıyıq.
Bizim sıx birləşmiş komandamız, motivasiyalı iki sürücümüz və bütün tifozilərimizin dəstəyi var. Məqsədimiz eyni istiqamətdə irəliləməyə davam etmək və cümə günündən başlayaraq hər günü maksimum yaxşı keçirməkdir ki, sıralanma turunda və yarışda mümkün olan ən yaxşı mövqeyi tutaq”.




Şərh əlavə et