Xəbəri Kokpitdə Oxuyun!

Bu il Niderland üçün sondur

Avqust ayında Zandfort trasında Niderland Qran Prisinin sonuncu yarışı keçiriləcək. Bundan sonra Formula 1 çempionatı qeyri-müəyyən müddətə bu ölkəni tərk edəcək.

Zandfort trasının rəhbərliyi Formula 1 mərhələsinə ev sahibliyi hüququndan yüksək maliyyə xərclərinə görə imtina edib. Niderlandın digər trası – TT Circuit Assen isə Formula 1 yarışlarını qəbul etmək üçün tələb olunan FIA Grade 1 lisenziyasını almaq məqsədilə milyonlarla avro sərmayə yatırmağa hazır deyil.

TT Circuit Assen-in direktoru Mark van Aalderen bildirib: “Bizə açıq şəkildə bildirildi ki, 2030-cu ilə qədər Assendə Formula 1 yarışının keçirilməsi ehtimalı sıfıra bərabərdir. Hətta bu tarixdən sonra da şanslar olduqca azdır.

Formula 1 yarışını qəbul etmək istərdik, amma realist olmalıyıq. Trasın modernləşdirilməsi üçün tələb olunan milyonlarla avroluq sərmayəni heç vaxt geri qaytara bilməyəcəyik.

Biz həmin vəsaiti MotoGP yarışlarını qəbul etməyə yararlı infrastrukturun qorunmasına sərf etməyi üstün tuturuq. Çünki yaxın illərdə bu istiqamətdə də böyük investisiyalar tələb olunacaq”.

Rauf Hacıyev

Şərh əlavə et