İlk sərbəst yürüşdən əvvəl havanın temperaturu 24°C, trasın temperaturu isə 43°C ölçülüb.
Sessiyaya start verildikdən sonra pilotlar trasa çıxıblar və bir saatlıq məşq başlayıb.
Sessiyanın ilk 10 dəqiqəsində sürətli dövrələrə başlayan pilotlar arasında Ayzek Hacar 1:48.918 nəticə ilə ilkin tempi müəyyənləşdirib. Ardınca Maks Ferstappen 1:49.307-lik dövrə ilə ikinci pilləyə yüksəlib.
Lyuis Həmilton 1:48.842 nəticə ilə qısamüddətlik lider olsa da, Ferstappen 1:48.237-lik dövrə vuraraq yenidən birinci yerə yüksəlib və Həmilton üçüncü pilləyə geriləyib. Hacar da 1:48.464 nəticə ilə vaxtını yaxşılaşdırsa da, ikinci yerdə qalıb.
Ferstappen 1:47.859-luq dövrə ilə yenidən ən sürətli nəticəni göstərsə də, komanda yoldaşı 1:47.778 nəticə ilə onu geridə qoyaraq liderliyi ələ alıb.
Sessiyanın ilk 20 dəqiqəsi tamam olarkən Həmilton 1:48.056-lıq dövrə ilə 1:48.145 nəticə göstərən Şarl Lekleri geridə qoyaraq üçüncü pilləyə yüksəlib.
Sessiyanın ortalarında pilotların əksəriyyəti sazlama işləri üçün boksa qayıdıblar.
Bokstan qayıtdıqdan sonra sürətli dövrə vuran Kimi Antonelli 1:47.603 nəticə ilə liderliyə yüksəlib. Ardınca Hacar 1:47.322 nəticə ilə birinci yeri geri alsa da, Ferstappen dərhal cavab verərək 1:47.070-lik dövrə ilə yenidən lider olub.
Sessiyanın bitməsinə 20 dəqiqə qalmış Lekler 1:47.490 nəticə ilə üçüncü pilləyə yüksəlib.
Həmilton 1:47.215-lik dövrə ilə ikinci yerə qalxıb. Komanda yoldaşı Lekler də nəticəsini yaxşılaşdırsa da, üçüncü pillədə qalıb.
Sessiyanın son 15 dəqiqəsində Oskar Piastri 1:47.522 nəticə ilə 13-cü pillədən beşinci yerə yüksəlib.
Son dəqiqələrdə Antonelli sürətli dövrəsini yarımçıq saxlayaraq yenidən boksa qayıdıb. Pilotlar son cəhdlərini etsələr də, heç kim nəticəsini yaxşılaşdıra bilməyib.




Şərh əlavə et