Xəbəri Kokpitdə Oxuyun!

Üç pilotun güc qurğusunda dəyişiklik olub

Monakoda şənbə günü üç pilotun bolidində güc qurğusunun bəzi elementləri dəyişdirilib.

Williams komandasının pilotu Aleks Elbonun bolidinə yeni enerji toplama qurğusu (Energy Store) və idarəetmə elektronikası bloku quraşdırılıb.

McLaren pilotu Lando Norris isə yeni MGU-K (kinetik enerjinin bərpası sistemi) əldə edib.

Cadillac komandasının sürücüsü Serxio Peresin bolidində isə güc qurğusunun periferik elementi yenisi ilə əvəz olunub.

Bütün dəyişikliklər mövsüm ərzində icazə verilən limitlər çərçivəsində həyata keçirildiyindən, pilotların heç biri cərimə almayıb.

Rauf Hacıyev

Şərh əlavə et