Hadisənin görüntülərini araşdıran, həmçinin pilotları və komanda nümayəndələrini dinləyən stüardlar müəyyən ediblər ki, Karlos Saynsın bolidi Williams bokslarının qarşısında dayanarkən Aleks Elbon pit yoluna daxil olub.
Elbon komanda yoldaşının bolidinin ətrafından keçərək boksa yaxınlaşıb və bunun nəticəsində Arvid Lindbladın pit-stop üçün boksa girişinə qısa müddətlik mane olub. Həmin an Lindblad az qala Elbonun bolidi üzərində işləyən mexaniklərdən birinin ayağının üstündən keçəcəkmiş.
Williams komandası insident zamanı vəziyyəti daha düzgün idarə edə biləcəyini etiraf edib. Nəticədə komanda təhlükəsizlik üçün potensial risk yaratdığına görə rəsmi xəbərdarlıq alıb və 5 min avro məbləğində cərimələnib.




Şərh əlavə et