Xəbəri Kokpitdə Oxuyun!

Macarıstan sprintini Mark Markes qazanıb

2026-cı il Macarıstan Qran Prisinin sprint yarışının qalibi Mark Markes olub.

Qızdırma dövrəsi zamanı Balaton Park trasında asfaltın temperaturu 44°C, havanın temperaturu isə 24°C olub. Qızdırma dövrəsindən sonra 13 dövrəlik sprint yarışına start verilib.

Pouldan start alan Markes ilk döngədə liderliyini qorumağı bacarıb. İkinci yerdə olan Pedro Akosta da güclü start alaraq Markesin dərhal uzaqlaşmasına imkan verməyib. Toprak isə startda iki mövqe qazanaraq 15-ci yerə yüksəlib.

İlk dövrənin sonuna yaxın Xorxe Martin Françesko Banyayanı geridə qoyaraq 7-ci pilləyə qalxıb. İkinci dövrədə Fermin Aldequer üçüncülük uğrunda Marko Bezzekkiyə təzyiq göstərməyə başlayıb. Onların arasındakı fərq daim dəyişsə də, heç biri üstünlüyünü tam təmin edə bilməyib.

4-cü dövrədə Markes Akosta üzərindəki üstünlüyünü təxminən iki saniyəyə çatdırıb. Sonrakı dövrələrdə Markes bu fərqi qoruyub saxlayıb. Orta qrupda mübarizə davam etsə də, mövqelərdə ciddi dəyişiklik baş verməyib.

7-ci dövrədə əyləclərlə problem yaşayan Toprakı Ai Oqura geridə qoyaraq 14-cü yerə yüksəlib. Yapon sürücü daha sonra Cek Milleri də keçərək daha bir mövqe qazanıb.

8-ci dövrədə Markes və Akosta arasındakı fərq sabit qalıb. Akosta isə üçüncü yerdə gedən Bezzekki ilə fərqi bir saniyəyə qədər artırıb.

Yarışın bitməsinə iki dövrə qalmış Toprak komanda yoldaşı Cek Milleri geridə qoyaraq 13-cü yerə yüksəlib. O, ötüşmədən dərhal sonra fərqi yarım saniyəyə qədər artırmağı da bacarıb.

Son dövrədə sıralamada dəyişiklik olmayıb. Markes finiş xəttini birinci keçərək sprint yarışının qalibi olub. Pedro Akosta ikinci, Marko Bezzekki isə üçüncü yeri tutub.

Toprak Razqatlıoğlu isə Macarıstan həftəsonunun sprint yarışını Yamaha sürücüləri arasında ən yaxşı nəticə ilə 13-cü pillədə başa vurub.

Sıra Sürücü Komanda Dövrə Vaxt/Fərq Xal
1 M. Markes Ducati Team 13 21:22.047 12
2 P. Akosta Red Bull KTM Factory Racing 13 +1.548 9
3 M. Bedzekki Aprilia Racing Team 13 +2.722 7
4 R. Fernandes Trackhouse Racing Team 13 +3.973 6
5 F. Aldeqer Gresini Racing 13 +4.366 5
6 J. Martin Aprilia Racing Team 13 +5.708 4
7 D. Moreyra Team LCR 13 +6.285 3
8 E. Bastyanini Tech 3 13 +7.587 2
9 F. Banyaya Ducati Team 13 +8.237 1
10 F. Di Cannantonio Team VR46 13 +8.469
11 A. Oqura Trackhouse Racing Team 13 +11.609
12 L. Marini Repsol Honda Team 13 +12.070
13 T. Razqatlıoğlu Pramac Racing 13 +14.173
14 J. Miller Pramac Racing 13 +15.799
15 J. Mir Repsol Honda Team 13 +15.961
16 B. Binder Red Bull KTM Factory Racing 13 +16.376
17 F. Kvartararo Yamaha Factory Racing 13 +17.070
18 I. Lekuona Gresini Racing 13 +17.381
19 M. Vinyales Tech 3 13 +19.490
20 F. Morbidelli Team VR46 13 +20.662
21 A. Rins Yamaha Factory Racing 13 +24.063
22 C. Kraçlou Team LCR 13 +30.947

Rauf Hacıyev

Şərh əlavə et