İlk olaraq Ferrari tərəfindən hazırlanan və qazburaxma sisteminin qazlarını arxa aerodinamika ətrafında yönləndirməyə kömək etdiyi düşünülən kiçik əlavə qanad, həmçinin düzlük sürətini artırmaq üçün tərs dönə bilən “Macarena” adlandırılan arxa qanad dizaynı 2026-xı il texniki qaydalarının ən diqqətçəkən yeniliklərindən biri sayılır.
Red Bull Racing-in Silverstoundakı çəkiliş günündən sızan görüntülər komandanın bu dönə bilən qanadın öz versiyasını hazırladığını göstərirdi. Mayamidə trasa çıxan yenilənmiş Red Bull bolidindəki görüntülər də bu işlərin təsdiqi kimi qiymətləndirilir.
Ferrari isə geri çəkilməyib. Maranello təmsilçisi ötən ay Monzadakı çəkiliş gününü böyük məxfilik şəraitində keçirib və Mayamiyə tam yenilənmiş dönən qanad versiyası ilə gəldiyi görünür. Komanda bu istiqamətdə inkişafını davam etdirir və qanad konstruksiyasında bir sıra yeniliklər tətbiq edir.
Oxşar konseptlərin digər komandalar tərəfindən də istifadə olunacağı gözlənilir. Ceyms Voulz Axios və The Race tərəfindən təşkil olunan tədbirdə Williams bolidinin yenilənmiş versiyasında “qazburaxma sisteminin axını yönləndirmə sistemi”nin mövcud olduğunu təsdiqləyib.




Şərh əlavə et