Xəbəri Kokpitdə Oxuyun!

MotoGP İspaniya: Yağışlı sıralanmada poul Markesindir

MotoGP üzrə İspaniya Qran-prisinin sıralanma turunda poul mövqeyinin sahibi Mark Markes olub.

Q1

Pit yolunun açılması ilə Xeresdə 15 dəqiqəlik Q1 sessiyası start götürüb.

Sessiyanın ilk dəqiqələrində sarı bayraqlar qaldırılıb və Franko Morbidellinin yıxıldığı ekrana gəlib. Bu anlarda yağış da başlayıb.

Pedro Akosta 1:49.302 nəticə ilə birinci yerə yüksəlib. Toprak Razqatlıoğlunun komanda yoldaşı Cek Miller 13-cü döngədə qəza edib. Dioqo Moreyra da 9-cu döngədə yıxılıb.

Sessiyanın bitməsinə 5 dəqiqə qalmış Yohann Zarko 1:48.267 nəticə ilə liderliyi Akostadan alıb. Luka Marini də eyni döngədə qəza etsə də, motosikletinə minərək trasa qayıda bilib.

15 dəqiqənin sonunda Q1-i ilk iki yerdə tamamlayaraq Q2-yə yüksələn sürücülər Yohann Zarko və Pedro Akosta olublar.

Q1 nəticələri (cədvəl)

Sıra Sürücü Komanda Tur Zaman Fərq Sürət (km/s)
1 Yohann Zarko Team LCR 7 1:48.267 147.069
2 Pedro Akosta Red Bull KTM Factory Racing 6 1:48.353 +0.086 146.953
3 Bred Binder Red Bull KTM Factory Racing 8 1:49.278 +1.011 145.709
4 Xoan Mir Repsol Honda Team 7 1:49.522 +1.255 145.384
5 Luka Marini Repsol Honda Team 7 1:49.803 +1.536 145.012
6 AVqusto Fernandes Yamaha Factory Racing 8 1:49.977 +1.710 144.783
7 Fabio Kuartararo Yamaha Factory Racing 8 1:50.139 +1.872 144.570
8 Franko Morbidelli Team VR46 5 1:50.219 +1.952 144.465
9 Toprak Razqatlıoğlu Pramac Racing 7 1:50.252 +1.985 144.421
10 Lorenso Savadori Aprilia Racing Team 7 1:50.390 +2.123 144.241
11 Aleks Rins Yamaha Factory Racing 7 1:50.763 +2.496 143.755
12 Cek Miller Pramac Racing 6 1:58.941 +10.674 133.871
13 Dioqo Moreyra Team LCR 3

Q2

Trasın şəraitinə görə Q2 sessiyası bir qədər gec start götürüb.

Sessiya başlayanda yağış dayanmışdı. İlk dövrələrdən sonra Pedro Akosta 1:49.434 nəticə ilə liderliyə yüksəlib. Mark Markes isə cəmi 0.1 saniyə geridə ikinci olub.

Fermin Aldeqer qəza edərək üçüncü sektorda sarı bayraqlara səbəb olub. Bu zaman Markes liderliyə yüksəlib. Aleks Markes də qəza edib.

Son 4 dəqiqəyə yaxın Yohann Zarko 1:48.625 nəticə ilə liderliyi ələ alsa da, Xorxe Martin ilk döngədə qəza edib.

Sessiyanın sonunda Mark Markes 1:48.087 nəticə ilə poul mövqeyini qazanıb. Yohann Zarko ikinci, Fabio Di Ciannantonio isə üçüncü olub. Marko Bezzekki dördüncü, Aleks Markes isə beşinci yeri tutub.

Q2 nəticələri (cədvəl)

Sıra Sürücü Komanda Tur Zaman Fərq Sürət (km/s)
1 Mark Markes Ducati Team 8 1:48.087 147.314
2 Yohann Zarko Team LCR 8 1:48.227 +0.140 147.124
3 Fabio Di Cianantonio Team VR46 8 1:49.097 +1.010 145.950
4 Marko Bezzekki Aprilia Racing Team 8 1:49.115 +1.028 145.926
5 Aleks Markes Gresini Racing 7 1:49.146 +1.059 145.885
6 Pedro Akosta Red Bull KTM Factory Racing 7 1:49.230 +1.143 145.773
7 Xorxe Martin Aprilia Racing Team 5 1:49.509 +1.422 145.401
8 Enea Bastianini Tech 3 6 1:50.464 +2.377 144.144
9 Raul Fernandes Trackhouse Racing Team 8 1:50.524 +2.437 144.066
10 Françesko Banyaya Ducati Team 8 1:51.027 +2.940 143.413
11 Ai Oqura Trackhouse Racing Team 7 1:51.110 +3.023 143.306
12 Fermín Aldeqer Gresini Racing 6 1:51.444 +3.357 142.877

Rauf Hacıyev

Şərh əlavə et