Xəbəri Kokpitdə Oxuyun!

Williams da trasda işləyib

Bu həftə yalnız Ferrari pilotları trasda işləmirlər. Çərşənbə axşamı Williams komandası Silverstounda test günü keçirib.

Britaniya komandası ötən ilin FW47 bolidi ilə işləyib. Səhər sükan arxasına Karlos Sayns keçib, günün ikinci yarısında isə onu komanda yoldaşı Aleks Elbon əvəzləyib. Williams-ın mətbuat xidməti dövrə vaxtları və qət edilən dövrələrin sayı kimi detalları açıqlamasa da, testlərin Mayami Qran-prisinə hazırlıq çərçivəsində keçirildiyini bildirib.

“Silverstounda bir günü geridə qoyduq. Bu, komanda üçün bir neçə dövrə vuraraq Mayamiyə yollanmadan əvvəl ritm tutmaq imkanı idi”, – deyə Williams-da bildirilib.

Qeyd edək ki, Formula 1-in titullu komandalarından biri olan Williams mövsümə pis başlayıb və üç yarışdan sonra 2 xal toplayaraq, Mühəndislər Kubokunda 9-cu yerdə qərarlaşıb.

Rauf Hacıyev

Şərh əlavə et