Kokpit.az xatırladır ki, britaniyalı sürücü keçən mövsüm Maks Ferstappen və Oskar Piastri ilə çempionluq uğrunda mübarizə aparmış və sonda hər iki rəqibini qabaqlaya bilmişdi.
Qeyd edək ki, daha əvvəl Formula 1-dən Lyuis Həmilton 2008-ci ildə, Censon Batton isə 2010-cu ildə “İlin sıçrayışı” nöminasiyasında qalib olmuşdular.
“İlin idmançısı” nominasiyasında ispaniyalı tennisçi Karlos Alkaraz qalib gəlib. “İlin qadın idmançısı” adına isə ispaniyalı futbolçu Aytana Bonmatí layiq görülüb.
“İlin komandası” nominasiyasında McLaren komandası namizəd olsa da, qalibiyyət Böyük Britaniyanın qadın futbol yığmasına qismət olub.




Şərh əlavə et