Xəbəri Kokpitdə Oxuyun!

Audi testləri başa çatdırıb

Audi yeni Formula 1 bolidi R26 ilə ilk çəkiliş gününü və test proqramını Montsa trasında həyata keçirib. Hülkenberq və Bortoletonun sürdüyü boliddə elektron sistemlər və start performansı sınaqdan keçirilib.

Test günü Niko Hülkenbergin start məşqləri ilə başlayıb. R26 bir neçə start sınağı edərkən mühəndislər ilişmə muftası ilə güc qurğusunun fırlanma anı paylanması arasındakı sinxronizasiyanı analiz ediblər. Tez-tez edilən pit-stoplar sayəsində hibrid sistemin kritik parametrləri izlənilib və proqram təminatının inkişafı üçün vacib məlumatlar toplanıb.

Sessiya zamanı çəkiliş dronunun tras üzərinə düşməsi səbəbindən işlər qısa müddətlik dayandırılıb, daha sonra təmizlik işlərindən sonra testlər davam etdirilib.

Günün ikinci yarısında sükan arxasına keçən Qabriel Bortoleto planlaşdırılan kilometr proqramını tamamlaya bilib. Bolid sabit sürətlə atılan dövrələrdə aerodinamik sensorların kalibrovkası və güc qurğusunun daxili temperatur göstəricilərinin yoxlanılması üçün istifadə olunub.

Hər dövrədə toplanan məlumatlar telemetriya vasitəsilə izlənilərək Noyburqdakı simulyasiya nəticələri ilə müqayisə edilib. Monzanın uzun düzlük hissələri enerji geri qazanım sisteminin effektivliyini yoxlamaq üçün ideal şərait yaradıb.

Günün sonunda aparılan yoxlamalarda şassinin davamlılığı və ötürmələr qutusunun performansı qiymətləndirilib. Mühəndislər xüsusilə vibrasiya idarəetməsi və elektron komponentlərin yüksək yüklənmə altındakı davranışına fokuslanıblar.

Test boyunca bolidin stabil işləməsi Audi-nin inkişaf planı baxımından mühüm addım kimi qiymətləndirilib. Toplanan məlumatların daxiliyanma mühərriyi ilə elektrik komponentlərinin inteqrasiyasını daha da təkmilləşdirmək üçün istifadə olunacağı və komandanın Mayami Qran Prisi öncəsi hazırlıqlarına töhfə verəcəyi bildirilib.

Rauf Hacıyev

Şərh əlavə et