Xəbəri Kokpitdə Oxuyun!

Norris Dünyanın 100 nüfuzlu insanından biridir

Formula 1 üzrə mövcud dünya çempionu Lando Norris “Time” jurnalının ilin 100 ən nüfuzlu insanı siyahısına daxil edilib.

O, “İnnovatorlar” kateqoriyasında yer alıb və siyahıda  yeganə Formula 1 pilotu olub. Onun haqqında qeydi isə məşhur sima Paris Hilton yazıb.

Hilton bildirib ki, Norris ilə ilk dəfə Mayamidə keçirilən Formula 1 yarışında tanış olub və dərhal onun enerjisini bəyənib: “Lando Norris inanılmaz dərəcədə istedadlıdır, amma onu daha çox fərqləndirən onun səmimiliyi, sadəliyi və mehribanlığıdır. Bu qədər diqqətə baxmayaraq, o, təvazökar qalmağı bacarır. Bu isə nadir haldır.

2025-ci ildə onun dünya çempionu olmasını izləmək çox gözəl idi. O, bu titula tam layiqdir. Yarışlarda azarkeşlərlə necə ünsiyyət qurduğunu görmüşəm – hər kəsə vaxt ayırır və bunun onun üçün nə qədər önəmli olduğunu hiss etmək mümkündür.

O, pozitiv, açıq və səmimidir. Ən çox xoşuma gələn isə odur ki, o, zirvəyə çatmağın mümkün olduğunu göstərir, amma eyni zamanda özünə sadiq qalır”, – deyə Hilton yazıb.

Rauf Hacıyev

Şərh əlavə et