Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin Memento Exclusives ilə tərəfdaşlığı uzadıb

Aston Martin komandası avtosport sahəsində suvenir məhsulları, simulyatorlar və nümayiş avtomobilləri istehsal edən məşhur şirkət Memento Exclusives ilə müqaviləni uzadıb.

Memento Exclusives Aston Martin bolidinin kokpitinin dəqiq surəti ilə simulyatorlar, 2026-cı il bolidi AMR26 modelinin təqdimatlar, sərgilər və tərəfdaş tədbirləri üçün tam ölçülü maketlərini istehsal edir. Bu il məhsul çeşidinə oyun tipli pit-stop məşqləri üçün şassinin ön hissəsinin lisenziyalı surəti də əlavə olunacaq.

Aston Martin şirkətinin lisenziyalaşdırma şöbəsinin rəhbəri Mett Çepmen bildirib ki, onlar yeni çoxillik müqavilə çərçivəsində Memento Exclusives ilə uzunmüddətli əməkdaşlığı davam etdirməkdən məmnundurlar və ilin sonuna doğru yeni məhsullar təqdim edərək çeşidi daha da genişləndirməyi planlaşdırırlar.

Rauf Hacıyev

Şərh əlavə et