26 yaşlı sürücü son illərdə əsasən dözümlülük yarışlarında müntəzəm çıxış edib. Formula kateqoriyalarında isə Sosi sonuncu dəfə 2023-cü ildə, ART Grand Prix ilə birlikdə Formula 3-də yarışıb.
Alessandro Alunni Bravi, biznes məsələləri üzrə direktor: “McLaren Racing komandası Qrequar Sosini sürücü inkişaf proqramında salamlamaqdan məmnundur. O, müxtəlif yarış kateqoriyalarında təsirli performans göstərərək sistemimizdə gələcək inkişafı üçün möhkəm baza yaradıb. Bu il onu dözümlülük yarışlarında və testlərdə izləməyi səbirsizliklə gözləyirik”.
Qrequar Sosi: “McLaren-in sürücü inkişaf proqramına qoşulduğum üçün çox şadam. Bu proqram pilot kimi bütün aspektlər üzrə inkişafım üçün vacib dəstək və geniş imkanlar təqdim edir. Burada əla atmosfer var və möhtəşəm McLaren komandası ilə işləməyi səbirsizliklə gözləyirəm. Bu imkana görə Zek Brauna və Alessandroya təşəkkür edirəm”.
Sosi ilə yanaşı McLaren-in gənclər proqramında aşağıdakı sürücülər də yer alır:
- Richard Verschoor (Avropa Le Man Seriyası, LMP2);
- Matteo De Palo (Formula 3);
- Ella Lloyd və Ella Stevens (hər ikisi F1 Academy);
- Dries Van Langendonck (Britaniya Formula 4);
- Christian Costoya (İtaliya, Avropa və Yaxın Şərq Formula 4);
- Ella Hakkinen (2027-ci il debütü öncəsi Formula 4 testləri).
Beləliklə, McLaren gənc istedadlara yatırım strategiyasını davam etdirərək həm dözümlülük yarışlarında, həm də “formul” pilləsində perspektivli sürücüləri sisteminə cəlb etməyi sürdürür.




Şərh əlavə et