O, bu rolu keçmiş komanda yoldaşı, 1997-ci ilin dünya çempionu Jak Vilnöv və W Series-in üçqat qalibi Ceymi Çedvik ilə birlikdə yerinə yetirəcək.
Deymon Hill: “Williams mənim üçün xüsusi komandadır, çünki karyeramın həlledici anları məhz burada yaşanıb. Bu idmanın bir hissəsi olmaq və əldə etdiyim nəticələrə çatmaq mənim üçün böyük şans olub.
Komandanın səfiri kimi geri qayıtmaq əsl imtiyazdır. Bu, komandanın tarixini qeyd etmək və onun irsini və gələcəyini dəstəkləmək imkanıdır”.
Komandanın rəhbəri Ceymz Vovlz: «Deymonu Williams-da komandanın səfiri kimi yenidən salamlamaq bizim üçün böyük şərəfdir. Az insan komandamızı onun qədər yaxşı təmsil edə bilər.
Deymon tariximizin ən uğurlu dövrlərindən birində həlledici rol oynayıb, Williams-la dünya çempionu olub və bu gün də komandaya ilham verməyə davam edən bir irs qoyub.
Biz həmçinin Ceymi Çedvikin və Jak Vilnövün səfir kimi bizimlə əməkdaşlığı davam etdirməsindən məmnunuq. Onlar birlikdə Williams-ın təcəssüm etdirdiyi hər şeyi – zəngin tariximizi, istedadların inkişafına sadiqliyimizi və yenidən ən yüksək səviyyədə mübarizə aparmaq istəyimizi əks etdirən təsirli heyət formalaşdırırlar. Belə insanların Williams-ı təmsil etməsi bizim üçün fəxrdir”.




Şərh əlavə et