Xəbəri Kokpitdə Oxuyun!

A.Stella: Mercedes və Ferrari öndədirlər

McLaren komandasının rəhbəri Andrea Stella mövsümün əvvəlində qüvvələr nisbəti barədə danışıb…

Kokpit.az xatırladır ki, 2026-cı ilin qış testləri başa çatıb və çempionatın iştiraksçıları artıq Avstraliya Qran Prisini düşünürlər.

Andrea Stella: “Testlərdə yarış simulyasiyası zamanı sürücülər təxminən eyni yanacaq yükü ilə uzun seriyalar keçəndə  maşınların xüsusiyyətlərini az-çox real qiymətləndirmək mümkündür, lakin temp həm də simulyasiyanın günün hansı vaxtında keçirilməsindən asılıdır.

Cümə axşamı oxşar şəraitdə Lando Norris və Maks Ferstappen yarış simulyasiyası keçirəndə onların tempi çox oxşar idi, cümə günü isə Lando bir qədər daha sürətli oldu. Düşünürəm ki, Red Bull və McLaren sürət baxımından çox yaxındırlar, Ferrari və Mercedes isə bir addım öndədirlər.

Bu il qüvvələr nisbəti daha çox trasdan, enerjinin toplanması və istifadəsi imkanlarından asılıdır. Barselonada buna nail olmaq nisbətən çətin idi, Bəhreyndə isə xeyli asan. Orada enerji toplamağa imkan verən çoxlu əyləcləmə zonaları var.

Avstraliyada da bu baxımdan vəziyyət asan deyil. Sürücülərin güc qurğusunun potensialından səmərəli istifadə etmək üçün pilotaj üslublarını necə uyğunlaşdıracaqlarını görəcəyik.

Biz mühərriklərə və testlərin hər günü irəliləyiş əldə etməyimizə imkan verən səylərə görə Mercedes HPP-yə minnətdarıq. Amma başa düşürəm ki, bu sahədə hələ çox iş görməli və çox şey öyrənməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et