Xəbəri Kokpitdə Oxuyun!

F1: The Movie filmi BAFTA mükafatı qazanıb

Ötən il təqdim olunan və baş rolda Bred Pittin çəkildiyi F1: The Movie bədii filmi Britaniya Kino və Televiziya Akademiyasının nüfuzlu BAFTA mükafatına layiq görülüb.

Bazar axşamı Londonda keçirilən mükafatlandırma mərasimində film üç nominasiyada – “Ən yaxşı səs”, “Ən yaxşı montaj” və “Ən yaxşı vizual effektlər” – mübarizə aparıb. Mükafat filmin səs rejissoru komandası – Qaret Con, El Nelson, Qvendolin Uittli, Qari Rizzo və Xuan Peraltaya təqdim olunub.

Bundan əvvəl F1: The Movie Oskar mükafatına da bir neçə nominasiya, o cümlədən “Ən yaxşı film” üzrə namizəd göstərilib. Mükafatlandırma mərasimi 15 mart 2026-cı ildə Hollivuddakı “Dolby” teatrında keçiriləcək.

Gilanur Huseynova

Şərh əlavə et