Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Testlər çatışmazlıqları tapmaq üçündür

Bəhreyndə keçirilən testlərdə Mercedes-də yaşanan nasazlıqların böyük hissəsi Kimi Antonellinin trasda olduğu vaxta təsadüf edib. Son gün də istisna olmayıb və italyan sürücü proqramını vaxtından əvvəl dayandırmalı olub.

Kokpit.az xatırladır ki, gənc sürücü səhər sessiyasının bitməsinə demək olar 2 saat qalmış problem yaşayıb və günü 49 dövrə ilə bitirib.

Kimi Antonelli: “Bəhreyn testləri mənim üçün çox hamar keçmədi. Amma testlərin məqsədi də elə budur. Problemləri burada tapmaq daha yaxşıdır ki, sonra mövsüm boyu rahat çıxış edə bilək. Komanda səhər yaranmış problemi artıq müəyyənləşdirib və onun aradan qaldırılması yolunu tapıb. Ümid edirəm ki, Avstraliya Qran Prisində hər şey qaydasında olacaq.

Qalan məsələlərdə maşın özünü pis aparmadı. Sazlamalar üzərində işlədik və bolid onlara proqnozlaşdırıla bilən şəkildə reaksiya verdi. Digər top komandalar da yaxşı vəziyyətdədir. Düşünürəm ki, ilk dördlük sürət baxımından təxminən eyni səviyyədədir, buna görə mübarizə gərgin olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et