Antonelli də proqramını tamamlayıb, lakin cəmi 49 dövrə vura bilib. İtalyan sürücü maşında yaranan problem səbəbindən dayanıb və qırmızı bayraqların çıxmasına səbəb olub. Kimi daha sonra trasa qayıtmayıb, mexaniklər maşın üzərində işləyirlər. Bu, Mercedes üçün bu həftə ilk ciddi problem olub.
Aston Martin isə bir dənə də olsun tam dövrə vura bilməyib. Testlərin yekununa dair Pedro de la Rosanın mətbuat konfransı ləğv olunub və Honda-dan izahat tələb edilib. Məsələ ondadır ki, dünən Alonsonun bolidində batareya sıradan çıxıb və bu gün onu əvəz edəcək ehtiyat hissə yoxdur. Buna görə də maşın bokslardan çıxsa belə, yalnız qısa seriyalarla məhdudlaşacaq.
Günün ikinci yarısında sükan arxasına Norris, Rassell, Ferstappen, Bortoleto və Bottas keçəcək, Lekler, Sayns, Lindblad və Qasli isə işini davam etdirəcək. Strollun vəziyyəti ilə bağlı isə suallar qalır.
Səhər sessiyasının ən yaxşı nəticəsini Şarl Lekler göstərib. Ferrari komandasının sürücüsü dövrəni 1:33.689 nəticə ilə tamamlayıb.
| # | Pilot | Komanda | Vaxt | Fərq | Dövrə |
| 1 | Charles Leclerc | Ferrari | 1:33.689 | – | 80 |
| 2 | Kimi Antonelli | Mercedes | 1:33.916 | +0.227 | 49 |
| 3 | Oscar Piastri | McLaren | 1:34.352 | +0.663 | 66 |
| 4 | Esteban Ocon | Haas | 1:34.494 | +0.805 | 82 |
| 5 | Isack Hadjar | Red Bull | 1:34.511 | +0.822 | 59 |
| 6 | Pierre Gasly | Alpine | 1:34.846 | +1.157 | 57 |
| 7 | Arvid Lindblad | Racing Bulls | 1:35.238 | +1.549 | 77 |
| 8 | Carlos Sainz | Williams | 1:35.252 | +1.563 | 66 |
| 9 | Nico Hülkenberg | Audi | 1:36.019 | +2.330 | 64 |
| 10 | Sergio Pérez | Cadillac | 1:40.842 | +7.153 | 61 |
| 11 | Lance Stroll | Aston Martin | vaxt yoxdur | – | 2 |




Şərh əlavə et