Komanda hər günün proqramını iki hissəyə böləcək. Qabriel Bortoleto çərşənbə günü səhər sessiyasında, cümə axşamı günün ikinci yarısında və cümə günü yenidən səhər sessiyasında çalışacaq. Niko Hülkenberq isə ilk gün nahardan sonra komanda yoldaşını əvəz edəcək, ikinci gün səhər sessiyasını keçirəcək və üçüncü gün testləri tamamlayacaq.
Qeyd edək ki, Almaniya təmsilçisi bu il Sauber komandasını satın alaraq, Formula 1-də debüt etməyə hazırlaşır.




Şərh əlavə et