Ən diqqətçəkən istefa Red Bull-un ən təcrübəli əməkdaşlarından biri olan Coanna Flitin gedişi olub. O, karyerasına HR-menecer kimi başlayıb və 13 il bu şirkəttə çalışıb, daha sonra kadrlar şöbəsinə rəhbərlik edib, son illərdə isə Red Bull şirkətlər qrupunun personal üzrə direktoru vəzifəsini icra edib.
Bundan əlavə, tərəfdaşlıq proqramlarına cavabdeh olan Culiya Corc, marketinq direktoru Saymon Smit-Rayt, eləcə də kommunikasiyalar üzrə baş menecer Elis Hedvort ilə də yollar ayrılıb. Hedvort əsasən Serxio Peresin Red Bull Racing-də çıxış etdiyi dövrdə PR müşayiəti ilə məşğul olub.
Komanda baş verən kadr dəyişikliklərini şərh etmir, lakin ehtimal etmək olar ki, Kristian Hornerin işdən uzaqlaşdırılmasından sonra Red Bull Racing-də inzibati heyətin yenilənməsi prosesi davam edir.




Şərh əlavə et