Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin də test proqramını açıqlayıb

Aston Martin komandası Bəhreyndə keçiriləcək birinci qış testlərində iş qrafikini açıqlayıb.

Kokpit.az bildirir ki, sabah Saxir trasında start götürəcək qış testlərinin birinci günündə AMR26-nın sükanı arxasına Ləns Stroll keçəcək. Testlərin ikinci günündə Fernando Alonso kokpitə keçəcək. Nəhayət, testlərin son günündə isə AMR26-nı Ləns Stroll sürəcək.

Qeyd edək ki, AMR26 Silverstoun mərkəzli komanda üçün çox vacib layihədir. Bu avtomobil Ədrian Nyuinin dizayn fəlsəfəsini daşıyan ilk Aston Martin bolidi olmaqla yanaşı, Texniki Direktor Enriko Kardilenin nəzarəti altında hazırlanmış ilk layihə kimi də diqqət çəkir.

2026-cı il mövsümü Aston Martin Aramco üçün başqa bir mühüm mərhələni də təmsil edir. Komanda Honda ilə bağlanan müqavilə sayəsində tam fabrika komandası statusuna yiyələnərək, yeni texniki reqlamentlər altında daha çox dizayn azadlığı və inkişaf imkanı əldə edib. Bununla da kollektiv 2026-cı ildə qüvvəyə minəcək yeni texniki qaydalarla birlikdə tamamilə yeni bir dövrə qədəm qoyub.

Rauf Hacıyev

Şərh əlavə et