Tombazisin sözlərinə görə, FIA 8 martda Melburnda start götürəcək mövsüm başlamazdan əvvəl bu məsələ ilə bağlı mübahisələrə son qoyacaq və Qran Pri nəticələrinin potensial etirazlarının qarşısını alacaq bir həll tapmaq niyyətindədir.
Nikolas Tombazis: “Formula 1-də çalışan mühəndislər çox ağıllıdırlar və hər zaman üstünlük əldə etməyin yolunu tapmağa çalışırlar. Bəzilərinə mühərrik qızdıqca onun gücünü artırmağa imkan verən həllər tapmaq nəsib olub və hazırda müzakirə etdiyimiz məsələ də məhz budur.
Yan [Monşo, FIA-nın texniki direktoru] ilə birlikdə bu problemin həlli üçün çox vaxt sərf etmişik. Məqsədimiz mövsüm başlamazdan əvvəl bu mövzunu bağlamaqdır. Biz heç bir mübahisə istəmirik. Mübarizənin trasda getməsini istəyirik – məhkəmələrdə və ya stüardların otaqlarında yox. Hazırda buna görə çalışırıq.
Qətiyyətliyik ki, qarşıdan gələn mövsüm reqlamenti şərh etmə yarışına yox, ən yaxşı pilotlar, mühəndislər və komandalar arasında əsl rəqabətə çevrilsin”.




Şərh əlavə et