Xəbəri Kokpitdə Oxuyun!

Komandalar Bəhreyn testləri üçün təkərləri seçiblər

Bəhreynın Saxir trasında 11–13 fevral tarixlərində keçiriləcək ilk testlərdə Formula 1-in hər bir komandası 28 dəst quru təkəri və 1 dəst keçid (intermediate) təkər əldə edəcək.

Bununla yanaşı, komandalar planlaşdırdıqları iş proqramına uyğun olaraq, mövcud dəstlər çərçivəsində tərkiblərin sayını sərbəst şəkildə seçmək hüququna malikdir.

Pirelli şirkəti bu gün komandaların Bəhreyndə keçiriləcək ilk testlər üçün etdikləri təkər seçimlərini təsdiqləyib.

Bəhreyndə keçiriləcək ilk testlər üçün komandaların seçdiyi təkər dəstləri açıqlanıb.

Komanda Hard (C1) Medium (C2) Soft (C3) Keçid (Inter) Yağış (Wet)
McLaren 6 14 8 1
Mercedes 6 22 0 1
Red Bull 2 8 18 1
Ferrari 2 6 20 1
Williams 4 6 18 1
Racing Bulls 2 9 17 1
Aston Martin 4 16 8 1
Haas 4 4 20 1
Audi 4 8 16 1
Alpine 4 6 18 1
Cadillac 10 10 8 1

Rauf Hacıyev

Şərh əlavə et