2026-cı ildən etibarən Brembo əyləc sistemlərini təkcə “qırmızılar”ın Formula 1 komandası üçün yox, həm də Dözümlülük üzrə Dünya Çempionatında (FIA WEC) çıxış edən komandaya da təmin edəcək.
Ferrari-nin açıqlamasında deyilir: “Yeni razılaşma təkcə Ferrari-nin Formula 1 komandasını deyil, həm də FIA WEC dözümlülük üzrə dünya çempionatındakı Ferrari Hypercar layihəsini də əhatə edəcək. 2026-cı ildə Brembo Formula 1 maşını və hiperkarlar üçün bütün əyləc sistemini – hidravlik və friksion komponentlər də daxil olmaqla – təmin edəcək, müasir avtomobil yarışlarının ən ekstremal tələblərinə uyğun hazırlanmış həllər təqdim ediləcək.
Müqavilənin uzadılması Ferrari və Brembo-nun innovasiya, keyfiyyət və performans üzrə ən yüksək standartlara sadiqliyini bir daha təsdiqləyib. Bu elementlər hər iki brendin texnoloji və idman yolunu daim fərqləndirir”.
Qeyd edək ki, Ferrari və Brembo arasındakı əməkdaşlıq artıq 50 ildən çoxdur davam edir.




Şərh əlavə et