Xəbəri Kokpitdə Oxuyun!

Audi ilə Aleph tərəfdaş olublar

Mövsümün başlamasına az qalmış Audi komandası rəqəmsal reklam sahəsində ixtisaslaşan Aleph şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzaladığını açıqlayıb.

Aleph daha əvvəl Sauber-in tərəfdaşı olub və beləliklə tərəflər arasında əməkdaşlıq davam etdirilib.

Audi Revolut F1 Team-in kommersiya direktoru Stefano Battiston: “Komandamız qlobal platforma üzərində qurulub, amma aktuallıq hər zaman lokal olaraq qalır. Biz dünyanın müxtəlif şəhərlərində, mədəniyyətlərində və icmalarında yarışırıq və məqsədimiz hər birində idmanı azarkeşlərə daha da yaxınlaşdıracaq şəkildə fəaliyyət göstərməkdir.

Aleph ilə tərəfdaşlıq bizə qlobal platformanı uyğunlaşdırmağa kömək edir. Azarkeşlərlə onların şərtləri ilə, onların bazarlarında və onların mədəni kontekstində əlaqə quraraq”.

Rauf Hacıyev

Şərh əlavə et