Williams bu testlərə ümumiyyətlə qatılmayıb, Mercedes və Racing Bulls isə proqramlarını dünən tamamlayıb. Komandalar beş gündən yalnız üçündə işləyə bilirdilər, qalanları isə bu gün trasa çıxmağı planlaşdırıb.
Beşinci gün Aston Martin-in yeni maşını üçün ilk tam iş günü olacaq. Dünən bolid trasda cəmi son bir saatda peyda olmuş, lakin demək olar ki, dərhal dayanaraq qırmızı bayraqların çıxmasına səbəbiyyət vermişdi.
Gecə saatlarında yağış yağıb, hazırda hava soyuqdur, lakin gün ərzində yağıntı gözlənilmir və temperaturun 12 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılıb. Pilotlar bir saatlıq nahar fasiləsi ilə iki dörd saatlıq sessiyada işləyəcəklər.




Şərh əlavə et