Xəbəri Kokpitdə Oxuyun!

Cadillac kombinezonu təqdim edib

Cadillac komandası Valtteri Bottas və Serxio Peresin 2026-cı il mövsümündə çıxış edəcəkləri yarış kombinezonlarında studiya çəkilişlərini paylaşıb.

Kombinezonlar qara rəngdə hazırlanıb, sürücülərin nömrələri və sponsor loqotipləri isə ağ vurğularla seçilir. Dizayn baxımından Mercedes-in əvvəlki kombinezonlarını xatırladır. Vaxtilə Valtteri Bottas qara rəngli kombinezonlarda kokpitdə həddindən artıq isti olduğunu söyləyərək bundan şikayətlənmişdi. İndi isə o, yenidən eyni rəngdə çıxış etməli olacaq.

Barselonadakı testlərdə Cadillac bolidi müvəqqəti rəng çaları ilə iştirak edir. Debüt mövsümü üçün yekun dizayn isə 8 fevralda təqdim ediləcək.

Rauf Hacıyev

Şərh əlavə et