Xəbəri Kokpitdə Oxuyun!

Testlərin dördüncü günü başlayır

Bu gün Kataloniya trasındakı qapalı testlərin dördüncü günü baş tutacaq.

Barselonada mətbuat və azarkeşlər üçün qapalı keçirilən testlərin son günlərinin intensiv keçəcəyi gözlənilir. Komandalar yeni bolidləri sınaqdan keçirib və mərhələli şəkildə qət edilən məsafəni artırıb, bu gün testlərə Aston Martin də qoşulur, hava şəraitinin isə əvvəlki günlərlə müqayisədə xeyli yaxşı olacağı gözlənilir.

Haas F1 komandası bu gün trasda işləməyəcəyini açıqlayıb. Dünən aşkarlanmış problemləri aradan qaldırmaq və cümə günü proqramı tam şəkildə yerinə yetirmək qərarı verilib.

Red Bull komandası isə Hacarın qəzasından sonra bu gün də trasa çıxmayacaq.

Hazırda Barselonada az buludlu hava və 8 dərəcə temperatur müşahidə olunur, gün ərzində havanın 12 dərəcəyədək isinməsi gözlənilir, yağıntı ehtimalı isə axşam saatlarına yaxın artıb.

Rauf Hacıyev

Şərh əlavə et