Belə ki, McLaren və Ferrari də eyni addımı atmağı planlaşdırır. Marca qəzetinin məlumatına görə, Silverstoundan olan komanda trasa ən tez çərşənbə axşamı, yəni qapalı testlərin ikinci günündə gələcək, lakin işə çərşənbə günü başlaması da istisna edilmir.
Bu qərar yaxın vaxtlarda Aston Martin F1-in rəhbərliyinə keçən Ədrian Nyui ilə bağlıdır. O, yeni AMR26-nın üzərində son ana qədər təkmilləşdirmə işləri aparmağa üstünlük verir. Qeyd edək ki, Nyui Red Bull Racing-də çalışdığı dövrdə də oxşar yanaşmanı tətbiq edirdi.
Digər mənbə – PlanetF1 isə bildirir ki, Aston Martin FIA-nın icazə verdiyi üç test gününün hamısında Kataloniya trasında işləməyi planlaşdırır. Onlarbu baxımdan Williams-dan fərqli vəziyyətdədirlər, çünki britaniyalılar həmin testlərin bütün beş gününü buraxmalı olacaqlar.
Eyni zamanda istisna edilmir ki, Aston Martin-in yeni maşını əsas məcburi kraş-testlərdən və yük sınaqlarından keçsə də, üzərində işləri yalnız yaxın vaxtlarda tamamlanan bəzi komponentlərin hələ formal yoxlamalardan keçməsi lazım ola bilər.




Şərh əlavə et