2018-ci ildən bəri Brəklidəki komandanın aerodinamika şöbəsində çalışan Yan Tomaşevski Williams-a keçib. O, Qruvda aerodinamika departamentinin rəhbəri olub və artıq vəzifəsinin icrasına başlayıb. Tomaşevskinin keçidində Williams-ın rəhbəri Ceyms Voulzun da böyük rolu olub. Belə ki, onlar Mercedes-də birgə işləyiblər və dövrdən bir-birlərini yaxşı tanıyıblar.
Mercedes-in daha bir itkisi isə Dan Milnerin gedişi olub. O, on dörd il ərzində müxtəlif əsas texniki vəzifələr tutub və sonuncu postu tədqiqat və inkişaf üzrə baş mühəndis olub.
Milnerin bundan sonra harada işləyəcəyi hələ məlum deyil. O, sosial şəbəkələrdə bir müddət sonra bu barədə məlumat verəcəyini bildirib. Hələlik isə məcburi “garden leave” — yəni başqa Formula 1 komandalarında işləməsinə icazə verilməyən istirahət dövrü başlayıb.




Şərh əlavə et