Xəbəri Kokpitdə Oxuyun!

Alpine Duhənlə yolları ayırıb

Alpine komandası Cek Duhənlə əməkdaşlığın başa çatdığını rəsmi şəkildə açıqlayıb.

Avstraliyalı pilot 2024 və 2025-ci illərdə Alpine komandasının tərkibində ümumilikdə yeddi Qran Priyə çıxıb, lakin Mayami Qran Prisindən sonra onu Franko Kolapinto əvəz edib. Duhənin Enstoun komandası ilə qüvvədə olan müqaviləsi qalırdı, amma indi o da rəsmi şəkildə ləğv edilib.

Alpine-in açıqlamasında belə deyilir: “Alpine komandası Cek Duhənıə qarşılıqlı razılaşma əsasında 2026-cı il Formula 1 mövsümü üçün əməkdaşlığın dayandırıldığını təsdiqləyir və ona karyerasında digər layihələrə fokuslanmaq imkanı yaradır.

Cek, Alpine Akademiyasının ilk məzunu olaraq, 2024-cü ildə Əbu-Dabi Qran Prisində komandanın tərkibində Formula 1-də debüt etmək şansı qazanıb.

Komanda son dörd il ərzində – həm trasda, həm də trasdan kənarda  göstərdiyi sədaqət və peşəkarlığa görə Cekə təşəkkür edir və ona gələcəkdə uğurlar arzulayır”.

Rauf Hacıyev

Şərh əlavə et