Xəbəri Kokpitdə Oxuyun!

Ferrari 2026-cı il bolidinə ad verib

Formula 1-in ən titullu komandası olan Ferrari 2026-cı ildəki bolidin adını mətbuata açıqlayıb.

Ferrari adətən yeni maşının adını mümkün qədər gec – ən yaxşı halda təqdimat mərasimində qonaqların və mətbuatın qarşısında açıqlamağa üstünlük verir. Amma komanda 2026-cı ildə sosial şəbəkələrdə sadəcə bir paylaşımla bunu elan edib.

Son illərin ənənəsinə uyğun olaraq, maşının adında SF (Scuderia Ferrari) abreviaturası və ilin son iki rəqəmi istifadə olunub. Nəticədə yeni bolid SF-26 adını alıb.

Sonuncu dəfə bu qaydadan 2022-ci ildə kənara çıxılmışdı. Belə ki, o vaxt Ferrari 75 illiyini qeyd etdiyi üçün maşın SF-75 adlandırılmışdı.

SF-26-nın rəsmi təqdimat mərasimi 23 yanvar tarixində keçiriləcək.

Qeyd edək ki, Ferrari komandası son mövsümü qələbəsiz bağlayıb və Mühəndislər Kubokunda dördüncü yeri tutub. “Qırmızılar” tamamilə yeni texniki reqlamentin olduğu 2026-cı il mövsümündə zir yarışına qayıtmağı hədəfləyir.

Rauf Hacıyev

Şərh əlavə et