Xəbəri Kokpitdə Oxuyun!

Audi mövsümü açıb

Cümə günü Barselonadakı trasda ən yüksək təhlükəsizlik rejimi tətbiq olunub. Audi komandası çempionatın iştirakçıları arasında ilk olaraq çəkiliş günü çərçivəsində yeni maşınını trasa çıxarıb.

Məxfilik təsadüfi deyil. Hər kəs çalışır ki, heç bir sızıntıya yol verilməsin. Rəqiblərə cari vəziyyət və texniki detallarla bağlı hər hansı ipucu ötürülməsin. Azarkeşlər isə rəsmi adı hələ açıqlanmayan yeni Audi-nin ilk fotolarını görmək üçün bir qədər gözləməli olacaqlar.

İspan müşahidəçilərin məlumatına görə, avtomobil ilk dəfə yerli vaxtla saat 10:00-dan sonra trasa çıxıb. İlk dövrə problemsiz keçib, kənardan baxanda heç bir nasazlıq hiss olunmayıb və bundan sonra komanda öz proqramı üzrə işləməyə davam edib. Sınaqlarda hər iki əsas pilot iştirak edib.

Audi isə hələlik maşının ilk trasa çıxışı ilə bağlı hər hansı rəsmi açıqlama verməyib.

Rauf Hacıyev

Şərh əlavə et