Xəbəri Kokpitdə Oxuyun!

Ferrari və Cadillac çarpma testindən keçib

İtaliya mətbuatı komanda daxilindəki mənbələrə istinadən yazıb ki, Ferrari-nin 2026 mövsümü üçün hazırladığı yeni şassi FIA-nın məcburi çarpma testlırindən keçib.

Hər yeni şassi zəruri dinamik – ön, yan və arxa, həmçinin statik testlərdən keçməlidir. Yalnız bundan sonra FIA maşının trasa çıxmasına icazə verir.

Ferrari ilə yanaşı, yeni Cadillac komandası üçün hazırlanan şassi də məcburi testlərdən keçib. Lakin yayılan məlumatlara görə, bunun üçün mühəndislər şassini ağırlaşdırmalı olub. Cadillac tərəfi bu iddialara cavab verməyib.

Rauf Hacıyev

Şərh əlavə et