Xəbəri Kokpitdə Oxuyun!

Haas 23 yanvarda təqdimat edəcək

TGR Haas F1 komandası Toyota Gazoo Racing ilə əməkdaşlıq çərçivəsində yeni VF-26 bolidinin rəng çalarını 23 yanvar, cümə günü rəsmi saytında paylaşacağı şəkillərlə birlikdə təqdim edəcək.

Yeni maşın 26 yanvarda Barselonada keçiriləcək qapalı testlərdə ilk dəfə trasa çıxacaq. Testlər 26–30 yanvar tarixlərini əhatə edəcək. Fevral ayında isə komanda Bəhreyndə iki ayrı test sessiyası keçirəcək.

Qeyd edək ki, amerikan təmsilçisi gələn il Esteban Okon və Oliver Berman cütü ilə yarışacaq.

Rauf Hacıyev

Şərh əlavə et