Audi Qatar Visit ilə müqavilə bağlayıb

Audi Qatar Visit ilə müqavilə bağlayıb

Qətər Qran Prisi günlərində yerli sponsorla əməkdaşlığın elan edilməsi də tam məntiqli addım olub. Visit Qatar Audi komandasının yeni tərəfdaşı seçilib.

Conatan Vitli, komandanın rəhbəri: “Qətər Qran Prisi Formula 1 təqvimində əhəmiyyətli mərhələyə çevrilib. Visit Qatar-ın tərəfdaş kimi qoşulması və bu ölkənin mədəniyyətini, qonaqpərvərliyini və innovativliyini bütün dünyadakı Formula 1 azarkeşlərinə təqdim etmək imkanı onun ən yaxşı cəhətlərini vurğulamaq üçün çox uyğun addımdır.

Visit Qatar ilə əməkdaşlıqdan məmnunuq. Azarkeşlər üçün xüsusi tədbirlər, mədəni proqramlar və rəqəmsal layihələr təşkil edərək Formula 1 platformasında qlobal mədəni əlaqələrin güclənməsinə töhfə verəcəyik”.

Bunları da oxuyun

Şərh əlavə et