Tərəfdaşlıq 2026-cı ildən etibarən start götürüb və onun çərçivəsində Formula 1 komandası Sting Energy, Gatorade və Doritos brendləri ilə tərəfdaşlığı irəlilədib.
Komandanın rəhbəri Toto Volff: “PepsiCo şirkətini tərəfdaşlarımız sırasında salamlamağa çox şadıq. Belə bir şirkətlə əməkdaşlıq etmək komandanın və idmanımızın gücünü bir daha göstərir.
Onların brendləri bizim idealımıza – innovasiya və mükəmməllik vasitəsilə ən yüksək nəticələrə can atmaq prinsipinə tam uyğundur. Gatorade-in idman elmi üzrə təcrübəsi, Sting Energy-nin gənclik enerjisi və Doritos-un mədəni təsiri – hər biri layihəyə özünəməxsus dəyər qatıb.
Bu tərəfdaşlıq təkcə komandanın çıxışlarını dəstəkləməyib, həm də bütün dünyada azarkeşlərimizə unudulmaz təcrübələr bəxş edib”.




Şərh əlavə et